“Partizan”ın Azərbaycana gələcəyi tarix bilindi
04.10.2013 - 08:59
“Partizan”ın Azərbaycana gələcəyi tarix bilindi
“Azərreyl”in CEV kubokunda oyunlarının vaxtı bilinib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” Serbiya “Partizan”ı ilə ilk matçına oktyabrın 23-də çıxacaq. Belqradda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Paytaxtımızda cavab matçı isə oktyabrın 31-də baş tutacaq. Voleybol Mərkəzində olacaq görüş saat 18:00-da start götürəcək.