“Srvena Zvezda”nı məğlub edib, Bakı klubunu gözləyir - FOTO
04.10.2013 - 16:03
“Srvena Zvezda”nı məğlub edib, Bakı klubunu gözləyir - FOTO
CEV kubokunun 1/16 final mərhələsində “Azərreyl”in rəqibi “Partizan” yeni mövsümdə ilk titulunu qazanıb. Apasport.az saytının məlumatına görə, Belqrad təmsilçisi Serbiya Superkubokun qalibi adına yiyələnib.

Onlar həlledici görüşdə “Srvena Zvezda”nı məğlubiyyətə uğradıblar – 3:0 (25:23, 25:22, 25:10).

Qeyd edək ki, “Partizan” oktyabrın 23-də Bakı klubu ilə evdə ilk oyununa çıxacaq.