Bakıdakı oyun üçün stimul
05.10.2013 - 13:45
Bakıdakı oyun üçün stimul
“Qarşıda bizi 2 çətin oyun gözləyir. Azərbaycan və Lüksemburqdakı İsraildəki qarşılaşmalar gərginliyi ilə seçiləcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya milli komandasının baş məşqçisi Maykl O’Nil deyib.

Böyük britaniyalı mütəxəssis DÇ-2014-ün seçmə mərhələsində oktyabrın 11-də Bakıda Azərbaycanla keçiriləcək qarşılaşmanın vacibliyini qeyd edib. Baş məşqçinin paytaxtımızdakı oyun üçün stimulu da var: “Azərbaycanla oyun dajha əvvəl keçiriləcək. Bu görüş həm də əhəmiyyəti ilə seçilir. Çünki Bakıda qazanılacaq 3 xal bizim üçün növbəti oyunda İsraillə qrup 3-cüsü olmaq üçün mübarizə aparardıq. Bu da bizə qarşıdakı oyunlar üçün stimul verir. Biz bu qarşılaşmalarda xal itirib aşağı pillələri tutmaq istəmirik. Hədəfimiz 3-cü yerdir. Azərbaycanı udsaq, bunun üçün real şanslarımız olacaq”.

Qeyd edək ki, oktyabrın 11-də baş tutacaq Azərbaycan – Şimali İrlandiya oyunu 8-ci km stadionunda keçiriləcək.