Yığmamızın hücumçusu “Altılar finalı”nda
08.10.2013 - 10:20
Yığmamızın hücumçusu “Altılar finalı”nda
Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Rusiya kubokunun final mərhələsinə yüksəlib. Apasport.az saytının məlumatına görə, hücumçumuzun komandası ilkin qrup mərhələsini məğlubiyyətsiz başa vurub.

“Omiçka” “Primoroçka”, “Xara Morin”, “Leninqradka”nı 3:0, “Dinamo” (Krasnodar) və “Yenisey”i isə 3:1 hesabı ilə məğlub edib. Nəticədə 15 xal toplayan Omsk təmsilçisi növbəti mərhələyə yüksəlib. Burada digər 3 qrupun qalibi və ən yaxşı göstəriciyə malik 2 komanda “Altılar finalı”nı formalaşdıracaq.

Qeyd edək ki, turnirdə birinci olacaq klub CEV kubokunda iştirak hüququ qazanacaq.