Mövsümün ilk derbisində qalib bilinmədi
09.10.2013 - 10:55
Mövsümün ilk derbisində qalib bilinmədi
Yeni mövsümə hazırlıqlarını davam etdirən “Azəryol” və “Rabitə” yoxlama matçında güclərini sınayıblar. Apasport.az saytının məlumatına görə, mövsümün ilk derbisi heç-heçə ilə başa çatıb.

Belə ki, birinci setdə “Azəryol” 25:20 hesabı ilə qalib gəlsə də, ardınca “Rabitə” matçda status-kvonu bərpa edib – 25:11. Bundan sonrakı 2 hissə də eyni ardıcıllıqla davam edib – 25:12, 19:25.

Beləliklə, matç 2:2 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, Super Liqanın qızıl və gümüş mükafatçıları həftəsonu beynəlxalq turnirdə bir daha üz-üzə gələcəklər.