Azərbaycan çempionunda yeni kapitan - FOTO
10.10.2013 - 08:53
Azərbaycan çempionu “Rabitə”nin yeni kapitanı məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi bu postu serbiyalı Sanya Staroviçə həvalə edib.
2008-ci ildən “Rabitə”nin şərəfini qoruyan legioner mövsümlərarası fasilədə komandadan ayrılan Mira Qoluboviçi əvəzləyəcək. O, klubunun rəhbərliyi, məşqçilər korpusu və voleybolçuların rəyinə əsasən kapitan sarğısını daşımaq hüququna yiyələnib.
Qeyd edək ki, 30 yaşlı Staroviç “Rabitə”nin 5 dəfə Azərbaycan və 1 dəfə klublararası dünya çempionatını qazanmasında böyük pay sahibi olub. O, Bakı klubu ilə həmçinin Çempionlar Liqasının 2 dəfə gümüş medalını qazanıb.

0
0