Angiolino Frigoni: Səbirsizliklə mövsümün startını gözləyirəm
10.10.2013 - 09:12
“Rabitə”ni çalışdırdığım üçün xoşbəxtəm. Səbirsizliklə mövsümün startını gözləyirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Angiolino Frigoni deyib.
59 yaşlı təcrübəli mütəxəssis Bakıda ilk mətbuat konfransını keçirib. İtaliyalı çalışdırıcı tədbirdə “Rabitə”nin yeni mövsümə hazırlığı və Çempionlar Liqasında iddiası barədə danışıb: “Komandam mövsümün hazırlıqlarına avqustda start verib. Həmin vaxtdan məşqlər sayəsində oyun keyfiyyətini günü-gündən yaxşılaşdırmağa çalışırıq. Lakin bu, hələ başlanğıcdır. Ümid edirəm ki, qarşıdakı günlərdə daha möhtəşəm olacağıq. Çempionlar Liqasında da “Rabitə”nin hədəfi dəyişməzdir”.
Qeyd edək ki, “Rabitə” Super Liqada ilk matçını “Telekom”a (17 oktyabr), Çempionlar Liqasında isə “Omiçka”ya (24 oktyabr) qarşı keçirəcək.

0
0