“Arzuladığımız nəticələri bu il qazanacağıq” - FOTO
10.10.2013 - 09:40
“Arzuladığımız nəticələri bu il qazanacağıq” - FOTO
“Rabitə”nin yeni kapitanı Sanya Staroviç bu vəzifənin ona həvalə olunmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, 2008-ci ildən Bakı klubunun şərəfini qoruyan serbiyalı hücumçu 2013/2014 mövsümündə də eyni hədəflər üçün oynayacaqlarını deyib.

Staroviç kapitan kimi bu il Çempionlar Liqasının qalibi olacaqlarına inanır: “Rabitə”nin kapitanı olduğum üçün çox şadam. Onlar mənim komandamdır, artıq ikinci evimə çevrilib. Ümid edirəm ki, uğurlu mövsüm keçirəcəyik. Neçə müddətdir ki, arzuladığımız nəticələri bu il qazanacağıq”.

Qeyd edək ki, “Rabitə” Çempionlar Liqasında “Omiçka” (Rusiya), “Beziers” (Fransa) və “Dresdner”lə (Almaniya) eyni qrupda yer alıb.