Yığmamızın 2 oyunçusu müqaviləsini uzatdı
10.10.2013 - 12:04
Yığmamızın 2 oyunçusu müqaviləsini uzatdı
“Azərreyl” Azərbaycan millisinin daha 2 voleybolçusu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, Yelena Parxomenko və Anastasiya Qurbanova 2013/2013 mövsümündə də “dəmiryolçular”ın şərəfini qoruyacaq. Onların hər ikisi ilə müqavilə 1 illik uzadılıb.

Bununla, komandadakı voleybolçuların sayı 13-ə çatıb. Parxomenko və Qurbanovadan öncə Şəfaqət Həbibova, Aynur Kərimova, Oksana Kisilyova, Aleksandra Prupas, Ceyran Əliyeva, Ülkər Kərimova, Ayşən Abduləzimova, Yekaterina Jidkova (hamısı Azərbaycan), Dusanka Kariç (Serbiya), Cennifer Doris və Qvendolin Rukerlə (hər ikisi ABŞ) razılıq əldə olunub.