“Azərbaycan millisini təəccübləndirməyə çalışacağıq”
10.10.2013 - 14:40
Qadın voleybolçulardan ibarət İsrail millisinin məşqçisi Çen Himelfarb dünya çempionatının III seçmə mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, israilli mütəxəssis püşkün onların üzünə gülmədiyini deyib.
II seçmə mərhələdə ikinci yeri tutaraq, növbəti mərhələyə adlayan İsrail yığması Azərbaycan, Serbiya və Estoniya ilə J qrupunda gücünü yoxlayacaq. Himelfarb bildirib ki, Bakıda keçiriləcək matçlarda yığmamızı təəccübləndirmək istəyirlər: “Biz bu mərhələyə çıxdığımız üçün çox məmnunuq. Lakin püşk bizi çox çətin qrupa saldı. Serbiya Avropanın 4-cü komandasıdır. Azərbaycan isə doğma azarkeşlər önündə oynayacaq. Estoniya ilə başabaş mübarizə apara bilərik. Meydan sahiblərini isə təəccübləndirməyə çalışacağıq. Bu yolla dünya çempionatına ikinci yerlə də çıxmaq olar”.
Qeyd edək ki, 2014-cü ildə İtaliyada keçiriləcək mundiala Avropa zonasında 5 qrupun qalibi və 2 ən yaxşı nəticəyə malik komanda vəsiqə qazanacaq.

0
0