“Azəryol” və “Rabitə”dən asan qələbə - YENİLƏNİB
11.10.2013 - 18:21
“Azəryol” və “Rabitə”dən asan qələbə - YENİLƏNİB
Bu gün Bakıda qadın voleybolçular arasında beynəlxalq turnir start götürüb. Apasport.az saytının məlumatına görə, dairəvi sistemlə keçirilən yarışın ilk günü 2 matç baş tutub.

Voleybol Mərkəzində təşkil olunan turnirdə öncə meydana “Bursaspor” (Türkiyə) ilə “Azəryol” çıxıb. Oyun gözlənildiyi kimi, Bakı təmsilçisinin asan qələbəsi ilə başa çatıb. Ancelo Vercesinin yetirmələri qonaqlara 1 set belə güzəştə getməyiblər – 3:0.

Günün ikinci matçında isə “Rabitə” “Azərreyl”lə görüşüb. Gözlənildiyi kimi, ölkə çempionu əzəli rəqibinə imkan verməyib və qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılıb.


11 oktyabr

“Bursaspor” – “Azəryol” - 0:3 (16:25; 19:25; 20:25)
“Azərreyl” – “Rabitə” - 0:3 (13:25; 23:25; 16:25)

Qeyd edək ki, turnirin qalibi oktyabrın 13-də bilinəcək.