Bir türkiyəli var, o da Azərbaycanda...
11.10.2013 - 13:30
“İqtisadçı”nın baş məşqçisi Bülənt Karslıoğlu Türkiyə mediasının diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, qonşu ölkənin məşhur portallarından biri özləri üçün mənfi hesab edilə biləcək statistika açıqlayıb.
Məlum olub ki, Çempionlar Liqasında Türkiyə klubları italiyalı məşqçilərə tapşırıldığı halda, 24 komanda arasında yeganə həmyerliləri Karslıoğlu Azərbaycan klubu ilə yarışa qatılacaq.
“Universitet komandası”nın çalışdıran, tezliklə voleybolun Fatih Terimi olacağı planlaşdıran mütəxəssis isə buna üzülmədiyini deyib: “Çempionlar Liqasında bir türk komandasının başında olmadığım üçün məyus deyiləm. Çünki biz peşəkarıq. Yekunda uğura imza atmaq əhəmiyyətlidir. Klublarımızın seçiminə hörmətlə yanaşmaq lazımdır. Türkiyəli mütəxəssislərə gəlincə, onların əcnəbilərlə müqayisədə taktiki və ya texniki cəhətdən geri qaldığını fikirləşmirəm. Bizə fürsət vermələri kifayət edər. Xüsusilə, milli komandalarda. Bu amil futbolda da özünü doğrultdu. Nə vaxt yığmanı türk çalışdırdı, uğur qazanıldı”.
Karslıoğlu türkiyəli həmkarlarımıza “İqtisadçı”da çalışması ilə fəxr etdiyini və Bakı təmsilçisinin də türk komandası olduğunu xatırladıb: “Bir gün türk komandası ilə Çempionlar Liqasında oynayacağıma, hətta millinin “sükanı arxası”nda Olimpiadaya və dünya çempionatına qatılacağıma ürəkdən inanıram. Belə də mən hazırda elə türk klubunu çalışdırıram. “İqtisadçı”da ikinci mövsümümü keçirəcəyəm. Azərbaycanda özümü əcnəbi kimi hiss etmirəm. Bura mənim ikinci vətənimdir. Azərbaycana gəldiyim ilk gündən hər kəs mənimlə özününkü kimi davranır. Bu il də böyük bir yola çıxmışıq. Bunlardan əsası debüt edəcəyimiz Çempionlar Liqasında “Dördlər finalı”na yüksəlməyimizdir. Həmçinin, Super Liqada ötən il qaçırdığımız çempionluğu qazanmaq bizim üçün çox əhəmiyyətlidir”.
Qeyd edək ki, Türkiyə yeni mövsümdə Çempionlar Liqasında “Qalatasaray”, “Əczaçıbaşı” və “Vakıfbank”la təmsil olunacaq. Onların hər üçünü isə italiyalı baş məşqçilər çalışdırır.

0
0