“Bakıda oynamaq mənim üçün təcrübə olacaq” - MÜSAHİBƏ
11.10.2013 - 13:46
“İqtisadçı” klubunun legioneri, Çin millisinin sabiq voleybolçusu Ma Yun Venin müsahibəsi
- Karyeranızda ilk dəfə ölkə xaricində oynayacaqsız. Bu qərarı vermək çətin olmadı ki?
- Çoxdandır ölkə xaricində oynamaq istəyirdim. Nəhayət, bu istəyim gerçəkləşdi. Səbirsizliklə mövsümün başlamasını gözləyirəm. Bakıda oynamaq mənim üçün bir təcrübə olacaq. Çalışacağam ki, orada özümü yaxşı tərəfdən göstərəm.
- Azərbaycanda çempionat nə vaxt start götürəcək?
- Oktyabrın 17-də yerli yarış başlayacaq. Biz, həmçinin Çempionlar Liqasında qatılacağıq.
- Komanda yoldaşlarınız barədə məlumata maliksizmi?
- “İqtisadçı”nın əksər voleybolçuları təcrübəlidir. Hollandiya millisindən Manon Flier, Asiya çempionatından yaxşı tanıdığımız tailandlılar - Onuma Sittirak, Vilavan Apinyaponq, Pleumjit Zinkaov və Vanna Buakeva da mənimlə eyni komandadadır.
- Sizcə, orada ünsiyyət qurmaqda çətinlik yaranmayacaq ki?
- Fikrimcə, yox. İngilis dilini bildiyim üçün bu problem olmayacaq. Sadəcə, fərqli mühitə düşəcəyəm. Adət etdiyim insanların əhatəsindən yad bir yerdə olacağam.
- “İqtisadçı”ya gedişinizlə yığmadakı yerinizi bərpa etmək mümkün olacaqmı?
- Mənim məqsədim də budur. Asiya çempionatında milliyə kömək edə bilmədim. Lakin ürəyim hələ də yığma ilə döyünür. Klubumda yaxşı oynamaqla yığmaya qayıdacağıma ümid edirəm. Ölkə xaricinə də əsasən bunun üçün üz tutmuşam ki, oyunumda inkişafa nail olum və milliyə dönüşüm gerçəkləşsin.
Mənbə: Çin mətbuatı

0
0