Bakıda qeyri-adi turnir
11.10.2013 - 16:40
Azərbaycan voleybolunda daha bir kuryoz hadisə gerçəkləşib. Apasport.az saytının məlumatına görə, bu gün Bakıda beynəlxalq turnir adı altında yarış start götürdükdən sonra komandaların sayında artım olub.
Belə ki, əvvəlcədən turnirdə 4 komandanın iştirak edəcəyi bildirilsə də, “Bursaspor” – “Azəryol” matçı başa çatdıqdan sonra “İqtisadçı”nın da mübarizəyə qoşulacağı məlum olub. Lakin yarışın ən anormal cəhəti odur ki, guya dairəvi sistemlə keçirilən turnirdə komandalar müxtəlif sayda oyun keçirəcəklər. Burada isə qalibin necə müəyyənləşəcəyi sual doğurur. Çünki yarışda 5 deyil, cəmi 3 tur oynanılacaq.
Maraqlıdır, 3 oyuna çıxan komanda ilə 2 görüşdə qüvvəsini sınayan klubdan hansı birinci sırada göstəriləcək?
11 oktyabr
“Bursaspor” – “Azəryol” - 0:3
18:00. “Azərreyl” – “Rabitə”
12 oktyabr
16:00. “Bursaspor” – “İqtisadçı”
18:00. “Azəryol” – “Rabitə”
13 oktyabr
13:00. “Bursaspor” – “Rabitə”
15:00. “İqtisadçı” – “Azərreyl”
Qeyd edək ki, Voleybol Federasiyası ötən mövsümdə də 2 komandaya gümüş medal verməklə dünyanı təəccübləndirmişdi.

0
0