Yığmamızın hücumçusuna çatan olmadı - FOTO
12.10.2013 - 10:42
Yığmamızın hücumçusuna çatan olmadı - FOTO
Qadın voleybolçular arasında Rusiya Superliqasında III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” növbəti qələbəsinə sevinib.

Belə ki, mövsümdə ilk ev oyununa çıxan Omsk təmsilçisi “Fakel”i qəbul edib. Qarşılaşma 3:0 (25:22, 25:18, 25:22) hesabı ilə “Omiçka”nın xeyrinə başa çatıb. Məmmədova görüşdə 22 xal toplayaraq, bombardir olub.

Superliqada həmçinin, “İqtisadçı”nın Çempionlar Liqasındakı rəqibi “Dinamo” (Moskva) da 3 xala yiyələnib. Onlar “Proton”u 3:1 (25:22, 25:19, 23:25, 25:10) hesabı ilə məğlub ediblər.

Beləliklə, III turdan sonra aktivində 9 xalı olan “Omiçka” və “Dinamo” (Kazan) 1-2-ci yerləri bölüşürlər. Moskva “Dinamo”su isə 8 xalla üçüncüdür.

Qeyd edək ki, “Omiçka” Çempionlar Liqasında “Rabitə”nin rəqibidir.