Əfsanənin akademiyası olacaq
25.10.2013 - 13:19
Əfsanənin akademiyası olacaq
Rusiyanın “Uraloçka” klubu qadın voleybolunun inkişafı üçün yeni addım atmaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, Yekaterinburq təmsilçisinin yeniyetmə istedadların yetişdirilməsinə xidmət edəcək məktəbi fəaliyyətə başlayacaq.

Bu akademiya voleybol əfsanəsi, uzun illər “Uraloçka”, SSRİ, Rusiya və Belarus millilərini çalışdırılmış Nikolay Karpolun adını daşıyacaq. Bu tədris ocağı Yekaterinburq təmsilçisinin yaranmasının 2016-cı ildə qeyd olunacaq 50 illiyinə hədiyyə olacaq.

Qeyd edək ki, Karpol 1966-cı ildən yaradılan komandaya 3 il sonra baş məşqçi təyin olunub. Hazırda klubun prezidenti olan mütəxəssis “Uraloçka”nı 25 dəfə ölkə çempionu edib.