Azərbaycan klubunun oyunu Hari Salabaşyana tapşırıldı
26.10.2013 - 09:07
Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab matçlarının hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası oktyabrın 29-da Çexiyada baş tutacaq “Brno” – “Lokomotiv” matçını bolqarıstanlı Hari Salabaşyana həvalə edib. Ona köməkliyi Darius Meska (Rumıniya) edəcək.
2 gün sonra Bakıda keçiriləcək “Azərreyl” – “Partizan” matçında isə ədaləti Stoyan Barev (Bolqarıstan) və Yasek Hoyka (Polşa) qoruyacaqlar.
Qeyd edək ki, “Lokomotiv” ilk matçda 3:0 hesabı ilə qalib gəldiyi halda, “Azərreyl” 2:3 hesabı ilə uduzub.

0
0