Bakı klubundan imtinasının səbəbi bilindi - FOTO
26.10.2013 - 13:13
Bakı klubundan imtinasının səbəbi bilindi - FOTO
Amerikalı voleybolçu Tom Loqanın “Azəryol”a gəlməməsinin səbəbi məlum olub. Apasport.az-ın Braziliya mətbuatına istinadən məlumatına görə, buna 32 yaşlı oyunçunun zədəsi imkan verməyib.

Həmkarlarımızın yazdıqlarına görə, titullardan doymayan ulduz Bakı təmsilçisi ilə anlaşsa da, son anda bu qarşılıqlı razılaşma əsasında pozulub. Loqanın mövsümü boşa verəcəyi də bildirilir.