Yeni Azərbaycan yığması formalaşır
26.10.2013 - 14:47
Yeni Azərbaycan yığması formalaşır
Uzun fasilədən sonra kişi voleybolçulardan ibarət Azərbaycan millisi yenidən formalaşaraq, beynəlxalq arenaya qayıdacaq. Apasport.az saytının məlumatına görə, yığmamız müəyyən müddətdən sonra Avropa çempionatına qatılacaq.

Belə ki, komandamız 2015-ci ildə Bolqarıstan və İtaliyanın ev sahibliyi edəcəyi qitə birinciliyinin seçmə mərhələsində oynayacaq. Millimiz mübarizəyə 12 “zəiflə” birgə I təsnifat mərhələsindən başlayacaq. Bu gün atılan püşkatmanın nəticəsinə əsasən komandamız 3-cü qrupda yer alıb. Voleybolçularımız mərhələ adlamaq üçün Makedoniya, İsveç və Gürcüstanla qarşılaşacaq.

Oyunlar 2014-cü il mayın 8-də və ya 9-da başlayacaq. Reqlamentə görə, qrup qalibləri və ən yaxşı nəticəyə malik iki ikinci yerin sahibi mərhələ adlayacaq.

Qeyd edək ki, az öncə dünya çempionatının seçmə mərhələsi üçün yeni komanda yığılsa da, sonradan "kölgəyə" çəkilib.