Azərbaycan yanvarda İngiltərə ilə oynayacaq
26.10.2013 - 15:55
Azərbaycan yanvarda İngiltərə ilə oynayacaq
2014-cü ildə keçiriləcək voleybol üzrə 19 yaşadək qızlar və 20 yaşadək oğlanlar arasında Avropa çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, hər 2 yarışda mübarizə aparacaq Azərbaycan milliləri fərqli mərhələlərdən mübarizəyə başlayacaqlar.

Belə ki, Feliks Məmmədovun başçılıq etdiyi U-19 birinciliyə II təsnifat mərhələsindən qatılacaq. Bu gün atılan püşkatmaya görə komandamız Rusiya, Bolqarıstan və Avstriya ilə D qrupunda yer alıb. Voleybolçularımız mərhələ adlamaq üçün ən azı qrupda ilk “ikilikdə” qərarlaşmalıdırlar. Çünki gələn il aprelin 24-27-də olacaq qarşılaşmalardan sonra qrup birinciləri birbaşa final mərhələsinə yüksələcəkləri halda, ikinci yerin sahibləri pley-off oynayacaqlar. Yarışda ümumilikdə 32 komanda oynayacaq.

Onlardan fərqli, U-20 I təsnifat mərhələsində nəyə qadir olduğunu göstərməlidir. Oğlan voleybolçularımız püşkə əsasən, Norveç və İngiltərə ilə qüvvələrini sınayacaqlar və bu komandalardan yalnız biri çempionatla vidalaşacaq. Matçlar gələn il yanvarın 3-5-də olacaq.

Qeyd edək ki, U-20-lərin mübarizəsinə 31 yığma qoşulacaq.