Məmmədovanı “Rabitə”nin ardınca Qamova cəzalandırdı
28.10.2013 - 10:11
Qadın voleybolçular arasında Rusiya çempionatında VI turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” Kazan “Dinamo”sunun qonağı olub.
Çempionlar Liqasında Bakıda “Rabitə”yə uduzan Omsk təmsilçisi Superliqada da qələbəyə həsrət qalib. Son çempion olan kazanlılar “Omiçka”ya 1 set belə güzəştə getməyiblər - 3:0 (26:24, 25:15, 27:25). Məmmədova qarşılaşmada 13 xal toplayıb. Matçın qəhrəmanı adına isə Yekaterina Qamova yiyələnib. Rusiya voleybolunun ulduzunun 21 zərbəsi qarşısıalınmaz olub.
Bu məğlubiyyətdən sonra “Omiçka” liderliyi “Dinamo”ya təhvil verib. Kazanlılar xal ehtiyatlarını 15-ə yüksəltdikləri halda, Məmmədovanın komandası 12 xalla 2-ci pilləyə enib.
Qeyd edək ki, Çempionlar Liqasında Moskva “Dinamo”su oynamayıb və 12 xalla 3-cü pillədəki mövqeyini qoruyub.

0
0