“İqtisadçı” üçün israilli gəlir
28.10.2013 - 10:47
Qadın voleybolçular arasında Çempionlar Liqasının II turunu idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası oktyabrın 29-da “Rabitə”nin “Beziers”lə (Fransa) səfər matçını ispaniyalı Susana Rodriquezə həvalə edib. Qarşılaşmada ikinci hakim funksiyasını Boris Skudnik (Sloveniya) yerinə yetirəcək.
Həmin gün Bakıda olacaq “İqtisadçı” – “Dinamo” (Moskva, Rusiya) oyununda Şlomo Brutman (İsrail) və Nurper Özbar (Türkiyə) ədaləti qoruyacaqlar.
Oktyabrın 30-da “Azəryol”un “Qalarasaray”la görüşündə isə əsas fit sahibi Georgios Karampetsos (Yunanıstan) olacaq. Ona köməkliyi Blaz Markelj (Sloveniya) edəcək.

0
0