Natalya Məmmədova: Bakıda oynamaq həmişə çətindir - MÜSAHİBƏ
28.10.2013 - 11:32
Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, “Omiçka”nın şərəfini qoruyan voleybolçu Çempionlar Liqasında “Rabitə” ilə oyundan danışıb, məğlubiyyətlərinin səbəbini açıqlayıb.
- Komandanız Çempionlar Liqasında debüt etdi. Avropanın ən nüfuzlu klub turnirindəki təəssüratlarınız necədir?
- “Omiçka” üçün debüt o qədər də uğurlu alınmadı. Çünki məğlub olduq. Hakim səhvləri ilə yanaşı, biz özümüz də səhvlərlə yadda qaldıq. Bu səbəbdən də minimal hesabla uduzduq.
- Bəs özünüz üçün bu oyun necə alındı? Axı, “Omiçka”ya məhz “Rabitə”dən keçmişdiniz...
- Bəli. Amma məni “Rabitə” ilə artıq heç nə bağlamır. Sadəcə, bu komandaya qalib gəlməyimizi istəyirdim və düşünürəm ki, bu, real idi. Təəssüf ki, alınmadı. Bakıda oynamaq həmişə çətindir. Orada həmişə gərgin ab-hava olur. Hakimlik və azarkeşlər heç də asan olmur.
- Sabiq komanda yoldaşlarınızla söhbət etdinizmi? Sizin Bakını tərk etməyinizdən sonra orada nə dəyişib?
- Komandada daima dəyişikliklər olur. Hər mövsüm məşqçilər korpusu və oyunçuların bir çoxu əvəzlənir. Mənimlə oynanan voleybolçulardan yalnız Nataşa Krsmanoviç və Sanya Staroviç qalıb. Onlarla söhbət etməyə imkan tapdım.
- Avropanın ikinci komandası ilə matçda qələbəyə belə yaxın olacağınızı gözləyirdizmi?
- Əlbəttə. Biz “Rabitə”nin oyununu çox dərindən təhlil edib, matça yaxşı hazırlaşmışdıq. Çox istərdik ki, qalib gələk. Səfərdən 2 və ya 3 xalla ayrılmaq üçün hər cür imkanımız vardı. “Omiçka”nın güclü heyəti var. Yalnız bir az daha çox konsentrasiya, inam və idman hirsi lazımdır.
- Uğursuz ilk setdən sonra belə görünürdü ki, “Rabitə” heç bir problemlə üzləşməyəcək. Nəyin sayəsində vəziyyəti düzəldə bildiz?
- Bakıda azarkeşlər həmişə hiss olunacaq təzyiq yaradır. Birinci hissədə də ola bilər ki, bir az özümüzü itirdik, rəqibə bələd olduq. Sonra hiss etdik ki, onlarla rəqabət aparmaq mümkündür və öz oyunumuzu oynamağa başladıq. Nəticədə ikinci və dördüncü setlərdə qalib gəldik. Tay-brekdə isə hakim səhvi oldu və təəssüf ki, biz uduzduq.
- Bəli, hesab 8:8 olarkən hakim ardıcıl 2 dəfə “Rabitə”nin xeyrinə səhv etdi. Həmin anda hakimlərə nə dediz?
- Mən hakimə onun qərarı ilə razılaşmadığımı çox dedim. Qərarını dəyişməyə çağırdım. Lakin faydası olmadı. Hakim isə vəziyyəti məhz belə dəyərləndirdiyini bildirdi. Bizim də əlimizdən yalnız oyunu davam etdirmək gəlirdi.
- Bu oyunda həm öz komandanızdan, həm də rəqibdən kimi fərqləndirərdiz?
- Konkret kimisə fərqləndirmək istəməzdim. Bütün komanda oynadı və hər oyunçu bacardığının ən yaxşısını göstərmək istəyirdi. Qızlarımız da daha az səhv etməyə çalışırdı. Onlar topu oyuna güclü daxil edirdilər ki, bu da baş məşqçimizin tələbi idi. “Rabitə”yə gəlincə, onlar sürətli oyun nümayiş etdirib, bizə blokda çətinlik yaratmaq istəyirdilər. Çünki bu komanda heç də ən hündürboylulardan qurulmayıb. Onlarda top qəbulu yaxşı olanda bu alınırdı. “Rabitə”nin heyətində yəqin ki, libero Brenda Kastillonu fərqləndirərəm. O, qəbulda və müdafiədə əla oynayıb, çox çətin topları çıxarır, komandasına hücumun qurulmasında yardımçı olurdu.
- Öz oyununuzu necə qiymətləndirərdiz?
- Mən çox səhvlər etdim. Hərçənd, bunlar olmamalı idi. 5 ballıq şkala ilə 3-ə layiq oynadım. Mənim üçün əsas olanı daha çox konsentrasiya və hücumda daha az səhv etməkdir. Əsas işim torun yaxınlığında oynamaqdır. Əgər mən orada səhv edirəmsə, onda meydanda nə işim var (gülür)?
- Azarkeşlər haqda bir neçə dəfə danışdız. Onlar oyundan əvvəl və ya sonra xüsusi diqqət ayırırdımı?
- Tamaşaçılar mənə yaxınlaşırdılar, təbrik edirdilər. Yaxşı oynamağım haqda danışır, avtoqraf alır və şəkil çəkdirirdilər. Mən daimi məni dəstəkləyən azarkeşləri tanıyıram və onlarla da ünsiyyətdə oluram.
- Sizcə, tribunlar niyə tam dolmamışdı?
- Bakı üçün kifayət qədər idi. Azarkeş sayı həmişəki oyunlarda olduğu qədər idi.
- Baş məşqçiniz Zoran Terziç oyunun nəticəsini necə qiymətləndirdi? Soyunub-geyinmə otağında sizə nə dedi?
- Bizdə elə ənənə yoxdur. Baş məşqçimiz matçdan sonra heç vaxt soyunub-geyinmə otağına gəlmir. Qarşılaşmanı sonradan təhlil edirik. Terziçin kimə qarşı iradı varsa, bunu onun özünə deyir. “Rabitə” ilə matçı hələ təhlil etməmişik.
- Çempionlar Liqasında komandanızın qarşısına hər hansı vəzifələr qoyulub?
- Təbii ki, qoyulub. İlk olaraq, qrupdan çıxmalıyıq, sonrası isə həmin vaxt bilinəcək.

0
0