Azərbaycan klubunun “Qalatasaray” sınağı
28.10.2013 - 14:53
Azərbaycan klubunun “Qalatasaray” sınağı
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının II turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində mübarizə aparan Bakı təmsilçilərindən “Rabitə” və “Azəryol” səfərdə, “İqtisadçı” evdə ikinci sınağına çıxacaq.

A qrupunda yer alan Azərbaycan çempionu Fransa “Beziers” ilə üz-üzə gələcək. Komandamızın səfərdə oynamasına baxmayaraq, rəqib “dişimizə” görədir. “Rabitə”nin ilk turda Almaniya “Dresdner”inə uduzan fransalılara “quru hesabla” qalib gələcəyi gözlənilir.

Ancolino Friqoninin yetirmələri qalib gələcəkləri halda vahid qrup liderinə də çevrilə bilər. Çünki digər cütdə “Omiçka”nın almanalara asanlıqla qalib gələcəkləri inandırıcıdır.

B qrupunda mübarizə aparan “İqtisadçı”nın da ilk turdakı uğurunu davam etdirməsi çətin olmayacaq. Çünki “Srvena Zvezda” ilə matçda əla oyun göstərən “tələbələr” ötən mövsüm “Lokomotoiv”in qalib gəldiyi Moskva “Dinamo”sunun müqavimətini qırmağa çalışacaqlar. Sürətli oyuna üstünlük verən Bülənt Karslıoğlunun komandasından yenə 3 xal gözləməyə dəyər.

“Rabitə” və “İqtisadçı”dan fərqli, “Azəryol”un işi heç də çətin olmayacaq. Çünki Super Liqanın gümüş mükafatçısı “Yamamay”la çətin matçdan sonra “Qalatasaray” qarşısına çıxacaq.

Görüşün yenə tay-brekə qədər uzanacağı istisna deyil. Lakin “Azəryol”un növbəti qələbə qazanması da sensasiya olmayacaq. Transferlə daha çox pul xərcləyən istanbullular isə “Konegliano”ya məğlubiyyətin əvəzini çıxmaq üçün “alışıb-yanır”.


Çempionlar Liqası
II tur
A qrupu
29 oktyabr

23:30. “Beziers” (Fransa) – “Rabitə” (Azərbaycan)
Hakimlər: Susana Rodriquez (İspaniya), Boris Skudnik (Sloveniya)
Agde, İdman Sarayı

Dresdner
1
1
0
3-1
97-86
3
Rabitə
1
1
0
3-2
108-98
2
Omiçka
1
0
1
2-3
98-108
1
Beziers
1
0
1
1-3
86-97
0


B qrupu
18:00. “İqtisadçı” – “Dinamo” (Moskva, Rusiya)
Hakimlər: Şlomo Brutman (İsrail), Nurper Özbar (Türkiyə)
Bakı, Voleybol Mərkəzi

İqtisadçı
1
1
0
3-0
75-54
3
Dinamo
1
1
0
3-1
100-90
3
Pyaçentsa
1
0
1
1-3
90-100
0
Srvena Zvezda
1
0
1
0-3
54-75
0


30 oktyabr
E qrupu

20:30. “Qalatasaray” (Türkiyə) – “Azəryol” (Azərbaycan)
Hakimlər: Georgios Karampetsos (Yunanıstan), Blaz Markelj (Sloveniya)
İstanbul, Burhan Fələk Voleybol Salonu

Azəryol
1
1
0
3-2
106-99
2
Konegliano
1
1
0
3-2
108-112
2
Qalatasaray
1
0
1
2-3
112-108
1
Yamamay
1
0
1
2-3
99-106
1