“Azərbaycan çempionu ilə oyundan sonra özümüzə gəldiyimizi düşünsək də...” - FOTO
28.10.2013 - 15:22
Rusiya çempionatının bürünc mükafatçısı “Omikça” Bakıda aldığı məğlubiyyətdən özünə gələ bilmir. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının I turunda “Rabitə”yə 2:3 hesabı ilə uduzan Omsk təmsilçisi ölkəmizi tərk etdikdən sonra da məğlubiyyətin acısını çəkir.
Belə ki, ardıcıl 14 oyun uduzmayaraq, Bakıya gələn “Omiçka” Azərbaycan çempionuna uduzduqdan sonra uğursuzluq seriyası ilə diqqət çəkir. Yığmamızın lideri Natalya Məmmədovanın heyətində yer aldığı sibirlilər Çempionlar Liqasının ardından Rusiya çempionatında da meydanı başıaşağı tərk edib. Bu dəfə onlara son illərin dəyişməz çempionu Kazan “Dinamo”su qalib gəlib. Komandanın kapitanı Yelena Yuryeva məğlubiyyətə şərh verərək, bunda “Rabitə”dən alınan yenilginin rolunu vurğulayıb: “Bütün oyun elementlərində artırmalıyıq. “Rabitə” ilə ötən oyundan sonra özümüzü gəldiyimizi düşünürdük. Lakin “Dinamo” ilə matç əksini sübut etdi”.
Qeyd edək ki, “Dinamo”ya 0:3 hesabı ilə uduzan “Omiçka” liderliyi rəqibinə təhvil verib.

0
0