Biri Bakıda, digəri Brnoda: uduzsalar da avrokuboka davam edəcəklər
28.10.2013 - 17:00
Sabah qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, bu yarışda ölkəmizi təmsil edən “Lokomotiv” və “Azərreyl” fərqli məkanlarda nəyə qadir olduqlarını göstərəcəklər.
Super Liqanı 4-cü yerdə bitirən Kladio Kuellonun komandasının işi bir qədər asan olacaq. Çünki Bakıda “Brno” üzərində asan qələbə qazanan “Lokomotiv”in Çexiya səfərində mərhələ keçmək şansı yüksəkdir. Əsasən gənclərə güvənən rəqibin doğma divarlar arasında sensasiyaya imza atması da inandırıcı deyil. Çox güman ki, onlar matçda qalib gəlib, oyunu “Qızıl set”ə daşısalar da, sonda CEV kuboku ilə vidalaşacaqlar.
“Lokomotiv”lə müqayisədə, “Azərreyl”in işi bir qədər çətindir. Düzdür, Aleksandr Çervyakovun yetirmələri Bakıda Serbiyada uduzduğu “Partizan”a qalib gəlmək gücündədir. Lakin “Qızıl set”in kimin üzünə güləcəyini əvvəlcədən proqnozlaşdırmaq çətindir.
Hər halda, qarşısına kifayət qədər irəliləməyi məqsəd qoyan “Azərreyl” mərhələ keçməyə bir qədər şanslı görünür. Amma komandamız uduzsa belə avrokubokda çıxışını davam etdirəcək. Çünki CEV kubokunun 1/16 final mərhələsində məğlub olanlar çıxışlarını “Çelenc Cup”da davam etdirirlər.
CEV kuboku
1/16 final mərhələsi, cavab oyunları
29 oktyabr
20:30. “Brno” (Çexiya) – “Lokomotiv” (Azərbaycan)
Hakimlər: Hari Salabaşyan (Bolqarıstan), Darius Meska (Rumıniya)
Brno, Vodova İdman Sarayı
İlk oyun: “Lokomotiv” – “Brno” - 3:0 (25:20, 25:12; 25:17)
31 oktyabr
18:00. “Azərreyl” (Azərbaycan) – “Partizan” (Serbiya)
Hakimlər: Stoyan Barev (Bolqarıstan), Yasek Hoyka (Polşa)
Bakı, Voleybol Mərkəzi
İlk oyun: “Partizan” – “Azərreyl” - 3:2 (25:20, 25:15, 18:25, 22:25, 16:14)

0
0