“Belə mübarizə adamı lap özünə çəkir”
30.10.2013 - 15:50
“Belə mübarizə adamı lap özünə çəkir”
“Bəli, qələbə qazandıq! Görün, necə oyun alındı!” Apasport.az saytının məlumatına görə, bunu “İqtisadçı”nın voleybolçusu Lenka Dürr deyib.

Almaniya millisinin liberosu Çempionlar Liqasında Moskva “Dinamo”su ilə matç barədə fikirlərini açıqlayıb. Dürr bildirib ki, tay-brekdə qələbə qazandıqları matç göz oxşayıb: “Belə mübarizə adamı lap özünə çəkir. Bunu oyunun 3:2 hesabı ilə bitməsi də göstərir. Üstəlik, 5 setdən 3-də komandalar biri digərini cəmi 2 xal qabaqlayıb. Bir sözlə, bu oyun göz oxşadı”.