Azərbaycan klublarının oyunçularını Yaponiyaya çağırdılar
05.11.2013 - 10:04
Azərbaycan klublarının oyunçularını Yaponiyaya çağırdılar
Qadın voleybolçular arasında ABŞ millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, qitə çempionlarının oynayacağı “Grand Champions Cup” üçün açıqlanan 14 nəfərlik yekun siyahıda Azərbaycan Super Liqasında çıxış edən 3 voleybolçu da yer alıb.

Bunlar “Lokomotiv”dən Lauren Gibbemeyer, “Rabitə”dən Kayla Banvart və Kersti Ceksondur.

Qeyd edək ki, yarış noyabrın 12-17-də Yaponiyada keçiriləcək.