Yığmamızın oynayacağı məkan dəqiqləşdi
07.11.2013 - 09:42
Yığmamızın oynayacağı məkan dəqiqləşdi
Qadın voleybolçular arasında dünya çempionatının Bakıda baş tutacaq seçmə oyunlarını qəbul edəcək məkan müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ölkəmizdə keçiriləcək J qrupunun oyunları Voleybol Mərkəzində olacaq.

Açılışı ötən il olan arena millilərin iştirakı ilə ilk dəfə beynəlxalq turniri qəbul edəcək.

Qeyd edək ki, J qrupunda Azərbaycanla yanaşı, Serbiya, İsrail və Estoniya yığmaları yer alıb.