Sadıq Sadıqov üçün ad günü hədiyyəsi
10.11.2013 - 22:01
Sadıq Sadıqov üçün ad günü hədiyyəsi
“Klubumuzun prezidenti Sadıq Sadıqovun ad günü idi. Dünən onu sözlə, bu gün isə qələbəmizlə təbrik etdik”. Apasoprt.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Nazim Süleymanov deyib.

Topaz Premyer Liqasının XIII turunda yalnız “Neftçi” qələbə qazandı. “Ağ-qaralar” paytaxt derbisində “Bakı”nı məğlub etdilər (2:1). Süleymanov oyunsonrası mətbuat konfransında yetirmələrindən razı qaldığını söyləyib: “Oyunçulardan çox razıyam. Saşa Stamenkoviç qırmızı vərəqə aldıqdan sonra komandada ruh düşkünlüyü yarandı. Lakin komanda özündə güc tapdı, oyunu qələbə ilə başa vurdu. Oyunda hər üç qolu özümüz vurduq, ikisini rəqib qapısına, birinə də öz qapımıza”.