Təmsilçimizin avrokubok oyunlarının vaxtı dəqiqləşib
11.11.2013 - 15:49
Təmsilçimizin avrokubok oyunlarının vaxtı dəqiqləşib
Bakının ABU klubunun qadın həndbolçular arasında “Çelenc Cup”da keçirəcəyi oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, III mərhələdən mübarizə başlayacaq təmsilçimiz hər iki oyununu Bakıda keçirəcək.

Yunanıstanın “QAS Meqas Aleksandros” klubu ilə görüşəcək ABU rəqibi ilə bu barədə razılığa gəlib. Bu üzdən komandalar noyabrın 15-də ilk, ertəsi üçün cavab matçına çıxacaq. Hər iki görüş saat 17:00-da başlayacaq. İlk oyunda nominal meydan sahibi kimi Yunanıstan klubu olacaq.