Hollandiyalı hakimlər Bakıya gəlir
11.11.2013 - 17:55
Qadın həndbolçular arasında “Çelenc Cup”ın III mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakının ABU klubunun Yunanıstanın “QAS Meqas Aleksandros” klubu ilə hər iki oyununda eyni briqada iş başında olacaq.
Noyabrın 15-də və ertəsi gün baş tutacaq qarşılaşmaların ikisi də Bakıda baş tutduğundan Avropa Həndbol Federasiyası (EHF) belə qərar verib. Saat 17:00-da başlayacaq matçları hollandiyalı hakimlər Ruud Geraets və Pol Geraets idarə edəcək. Qarşılaşmanın EHF nümayəndəsi isə ukraynalı Aleksandr Lüdovik olacaq.

0
0