Rəqibimiz mövqeyini qorudu
12.11.2013 - 09:03
Qadın voleybolçular arasında Türkiyə çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azəryol”un rəqibi “Qalatasaray” “Sarıyer Bələdiyyəsi”nin qonağı olub.
Görüş İstanbul təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (25:11, 25:17, 25:23). Bu matçdan sonra “Qalatasaray” 11 xalla 4-cü pillədəki mövqeyini qoruyub.
Qeyd edək ki, “Azəryol” ilk matçda “Qalatasaray”a 1:3 hesabı ilə uduzub.

0
0