“Hapoel”in Bakıda oynayacağı gün dəqiqləşdi
12.11.2013 - 09:17
“Hapoel”in Bakıda oynayacağı gün dəqiqləşdi
Qadın voleybolçular arasında CEV kubokunda mübarizə aparan Bakı klublarının ev oyunlarının keçirilmə günü dəqiqləşib. Apasport.az saytının məlumatına görə, “Azərreyl” 1/8 final mərhələsinin ilk görüşünə dekabrın 4-də çıxacaq.

“Dəmiryolçular”ın Bakı Voleybol Mərkəzində “Olomouts”la (Çexiya) qarşılaşması saat 18:00-da başlayacaq.

“Lokomotiv” isə “Hapoel”i (Kfar Saba, İsrail) “Azərreyl”dən 1 gün sonra sınağa çəkəcək. Amma matç eyni məkanda və eyni saatda olacaq.