Çempionlar Liqasının yeni qalibi müəyyənləşdi
12.11.2013 - 09:53
Asiya Çempionlar Liqasının yeni qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, italiyalı Marçello Lippinin rəhbərlik etdiyi “Quançjou Everqrand” Şərqin ən güclsü olub.
Maraqlıdır ki, Çin təmsilçisi finalda rəqibi olan Cənubi Koreyanın “Seul” klubunu heç bir oyunda məğlub edə bilməsə də, qalib adını qazanıb. Belə ki, finalın ilk matçında səfərdə 2:2 hesabı ilə bərabərə oynayan “Quançjou Everqrand” cavab görüşündə qeydə alınan 1:1-lik “sülh” sayəsində çempion olub.
Qeyd edək ki, “Quançjou Everqrand” Asiya Çempionlar Liqasını qazanan ikinci Çin təmsilçisi olub. Bundan öncə 1990-cı ildə “Lyaonin Xuvin” ən yaxşı adına layiq görülmüşdü. Turnirin son qalibi isə Cənubu Koreyanın “Ulsan” klubu olmuşdu.
Əldə edilən titul Marçello Lippi üçün də böyük önəm daşıyır. Məşqçilik karyerasında beşqat İtaliya, ikiqat Çin çempionu olan təcrübəli mütəxəssisin ən böyük uğuru DÇ-2006-dakı zəfərdi. O, həmçinin UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və Qitələrarası Kubokun qalibidir. Lippinin hesabında İtaliya və Çin kubokları da var.

0
0