Azərbaycan derbisi ilə davam
12.11.2013 - 16:40
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında yaranmış fasilənin başa çatma vaxtı açıqlanıb. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, çempionatın II turu noyabrın 23-də keçiriləcək.
Voleybol Mərkəzində baş tutacaq oyun günündə ilk olaraq meydana “Telekom”la “Lokomotiv” çıxacaq. Ardınca “Azərreyl” və “İqtisadçı” münasibətlərinə aydınlıq gətirəcək. Tura isə Azərbaycan derbisi – “Rabitə” – “Azəryol” matçı ilə yekun vurulacaq.
15:00. “Telekom” - “Lokomotiv”
17:00. “Azərreyl” - “İqtisadçı”
19:00. “Rabitə” – “Azəryol”
Qeyd edək ki, “Rabitə” “Telekom”a, “İqtisadçı” “Lokomotiv”ə 3:0, “Azəryol” isə “Azərreyl”ə 3:2 hesabı ilə qalib gəlib.

0
0