Rəqibimiz qələbə qazandı
13.11.2013 - 09:05
Rəqibimiz qələbə qazandı
Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Omiçka” yoxlama oyununda gücünü sınayıb. Apasport.az saytının məlumatına görə, heyətində Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın da yer aldığı Omsk təmsilçisi Kazan “Dinamo”su ilə qarşılaşıb.

Matç rəqibimizin 3:1 (19:25, 25:16, 25:17, 25:21) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, bu komandalar noyabrın 13-də və 15-də bir daha üz-üzə gələcəklər.