“Belə klubda işləmək mənim üçün riskdir” - MÜSAHİBƏ
13.11.2013 - 13:29
“Rabitə”nin baş məşqçisi Eldar Yusubovun apasport.az saytına müsahibəsi
- Baş məşqçi kimi debütünüz 2013/2014 mövsümünə təsadüf etdi. “Telekom”da bu işə başlasaz da, az sonra “Rabitə”də eyni vəzifəyə təyin olunduz. Bunu gözləyirdizmi?
- Sözün düzü, təyinat bir qədər gözlənilməz oldu. İdarə heyəti belə qərar verdi və 1-2 gün ərzində rəsmiləşdi. Əvvəl çox fikirləşdim. Çünki bir qədər çətindir. Həm belə klubda işləmək mənim üçün riskdir, həm də komandanı mövsümün ortasında götürürdüm. Amma bu yükün altına girdim və İnşallah özümü doğruldaram.
- Komandada nəyi dəyişməyi planlaşdırırsız?
- Dəyişikliklər mütləqdir. Öncə diqqəti nizam-intizama yönəldəcəm. Məşqçi ilə oyunçu arasında münasibət lazımınca qurulduqdan sonra taktiki gedişlər barədə fikirləşəcəm. Həmçinin, gələn həftədən məşqin qrafikini, ilk “altılıqda” oyunçuların yerini tutmasında dəyişikliklər nəzərdə tutmuşam. Bir sözlə, kifayət qədər dəyişikliklər olacaq və işləmək lazımdır.
- Siz 7 ildir “Rabitə”dəsiz. Klubda köməkçi məşqçi işlədiyiniz vaxtdan Sanya Staroviçlə Nataşa Krsmanoviç qalıb. Amma həmin vaxt əsas heyət oyunçusu olan, indi isə kapitan funksiyasını yerinə yetirən Sanya çox vaxt ehtiyatda qalır. “Altılıq”da dəyişiklik deyəndə serbiyalını nəzərdə tutursuz?
- Komandada yer alan bütün oyunçuların meydana əsas heyətdə çıxmaq şansı var. Klubda güclü voleybolçular cəmləşib və burada kimisə daimi ehtiyatda saxlamaq düzgün olmaz. Staroviçə gəlincə, onu çoxdan tanıdığımdan “altılığa” qayıtmaq ehtimalı var. Amma bütün bu məsələlər hazırlıqdan asılı olacaq.
- Sizcə, əvəzlədiyiniz Angiolino Frigoninin vaxtında hansı çatışmazlıqlar vardı?
- Onun məşq proseslərinə baxırdım, bir qədər zəif idi. Həmçinin, oyunçu-məşqçi münasibətləri də. Çünki nizam-intizam nə qədər sərt olsa komanda bir o qədər irəli gedir.
- “Rabitə” sizə qədər Çempionlar Liqasında 2, Super Liqada 1 oyun keçirib. Hər 3 matçda qələbə qazanmağınıza baxmayaraq, görüşləri necə dəyərləndirərdiz?
- Fransanın “Beziers” klubu çox güclü deyildi. Həmin matçın səfərdə baş tutmasına baxmayaraq, komanda öz oyununu görsətə bildi. Rusiya “Omiçka”sı ilə qarşılaşmada isə çox zəif çıxış etdilər. Həmin görüşləri yenidən izləyib, çatışmazlıqları aradan qaldırmaq üçün səylərimizi birləşdirəcəyik.
- Sizin debütünüz Azərbaycan derbisinə təsadüf edəcək. Super Liqanın II turunda “Azəryol”a qarşı oynayacaqsız. Bu qarşılaşmadan nə gözləyirsiz?
- Həmin matçın olması bizim üçün çox vacibdir. Mən də istəyirdim ki, belə prinsipial rəqiblərə qarşı mübarizə aparaq və yaxşı oyun göstərib, komandadakı inamı gücləndirək. Həmçinin, “Azəryol”a qalib gəldikdən sonra voleybolçuların mənə, mənim onlara inamım daha da artacaq.
- Ardınca isə Çempionlar Liqasının III turu çərçivəsində Almaniyaya səfər edəcəksiz. “Dresdner”lə oyun çətin olmayacaq ki?
- Qabaqcadan nəsə demək bir qədər çətindir. Amma mənə elə gəlir ki, nəsə etmək olar. Səfərdən qalib kimi qayıtmaq gücündəyik.
- Bəs “Telekom”da yeni başladığınız işin yarımçıq qalmasına heç təəssüf hissi keçirdinizmi?
- Bu, baş məşqçi kimi mənim birinci klubumdur. Komandada bir-birimizə çox öyrəşmişdik. “Lokomotiv”lə 2 yoxlama matçı keçirib, qalib gəldik. “Azərreyl”lə bərabərə qaldıq (2:2). Klubdakı oyunçular da gördülər ki, ötən illə müqayisədə fərq böyükdür, irəliləyişə doğru uğurla gedirik. Bir-birimizə inamımız yüksəldi və klub cavan olsa da, sübut etdim ki, işləyə bilirəm. Həmin komanda mənə əziz idi və oradan ayrılmağıma heyfsiləndim.
- “Rabitə”də yeni köməkçi – Kamil Sözlə çalışacaqsız. Türkiyəli mütəxəssislə əvvəldən bir-birinizi tanıyırdızmı?
- Mən onu çoxdan – 15-20 ildir tanıyıram. Söz burada Faiq Qarayevlə də işləyib. Münasibətimiz, bir-birimizə hörmətimiz var. Həm də uzun müddət “Fənərbaxça”da işləyib, baş məşqçisi olub. Fikrimcə, birlikdə işimiz uğurlu alınacaq.
- “Rabitə” son illərin dəyişməz Azərbaycan çempionudur və Çempionlar Liqasında birinciliyi hədəfləyib. Sizcə, titulunuzu qorumaq və yenisini qazanmaq çətin olmayacaq ki?
- Fikrimcə, heç bir məşqçi əvvəlcədən mən Çempionlar Liqasının qalibi olacağam deyə bilməz. Çünki burada Avropanın ən güclüləri mübarizə aparır. Bəli, bu, çox çətin olacaq. Amma çalışmaq lazımdır, idmandır və hər şey ola bilər.

0
0