Avrokubokda qələbə nə olduğunu bilməyən rəqiblə üz-üzə
14.11.2013 - 14:41
Sabah qadın həndbolçular ibarət ABU klubu avrokubokda 13-cü cəhdinə çıxacaq. Apasport.az saytının məlumatına görə, mübarizəyə “Çelenc Cup”ın III mərhələsindən başlayacaq Bakı təmsilçisi Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə münasibətinə aydınlıq gətirəcək.
Konstantin Ruvinskinin rəhbərlik etdiyi ABU-nu cütün favoriti saymaq olar. Çünki qarşılıqlı razılaşmaya əsasən hər 2 matç ABU-Arenada keçiriləcək ki, bu da həndbolçularımız üçün əlavə üstünlükdür. Həmçinin, rəqib cəmi 5-ci dəfə avrokubok yarışına qatılır və hələ qələbə sevinci nə olduğunu bilmir. Onlar ən yaxşı halda heç-heçəyə seviniblər.
Düzdür, ABU-nu da yüksək səviyyəli komanda saymaq düzgün deyil. Ən azından Bakı təmsilçisi avrokubokda ölkə çempionatında oynamadan iştirak edən nadir komandalardandır (formal yarış istisnadır). Baxmayaraq ki, onlar ölkə xaricində gedib çıxış edirlər, bu da kifayət qədər oyun praktikası qazanmağa yetərli deyil. Məsələn, ötən ay ABU Rusiyanın Nevinomınsk şəhərində turnirdə 2-ci olmuşdu. Amma bu, çempionatı əvəz edə bilməz.
15 noyabr
17:00. “QAS Meqas Aleksandros” – ABU
Hakimlər: Ruud Geraets, Pol Geraets (hər ikisi Hollandiya)
16 noyabr
17:00. ABU - “QAS Meqas Aleksandros”
Hakimlər: Pol Geraets, Ruud Geraets (hər ikisi Hollandiya)

0
0