Yığmamızın oyunçusu Ərzurum klubu ilə anlaşdı - FOTO
14.11.2013 - 16:33
Azərbaycan millisinin voleybolçusu Vüqar Bayramov Polşanın “Militsa” klubundan ayrılıb. Apasport.az saytının məlumatına görə, 21 yaşlı 4-cü zona oyunçusu sentyabrda 1 mövsümlük müqavilə imzalasa da, bu, qarşılıqlı şəkildə pozulub.
İran Superliqasında da legioner həyatı yaşayan 195 sm boya malik həmyerlimiz artıq özünə yeni klub da tapıb. Vüqar bu dəfə Türkiyənin II liqasında mübarizə aparan “Ərzurum Palandökən Bələdiyyəsi” ilə razılığa gəlib. Bayramovun ən azından mövsümün sonuna kimi bu klubda oynayacağı bildirilir.
Qeyd edək ki, Bayramöv ötən mövsüm “Bir Gold İranian”ın uğurları üçün çalışıb.

0
0