Rəqibimiz tay-brekdə sevindi
15.11.2013 - 09:04
Rəqibimiz tay-brekdə sevindi
Çempionlar Liqasında “İqtisadçı”nın rəqibi olan “Pyaçentsa” yoxlama matçı keçirib. Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi İsveçrənin “Volero” klubu ilə qarşılaşıb.

Apennin yarımadasında baş tutan qarşılaşma A seriyasının qalibinin 3:2 (25:18, 20:25, 25:18, 20:25, 15:6) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “İqtisadçı” “Pyaçentsa” ilə ilk görüşünü Bakıda, noyabrın 27-də keçirəcək.