ABU avrokuboklara darmadağınla başladı
15.11.2013 - 18:41
ABU avrokuboklara darmadağınla başladı
Bu gün qadın həndbolçular ibarət ABU klubu “Çelenc Cup”ın III mərhələsində ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə qarşılaşıb.

ABU-Arenada baş tutan oyunda qonaqlar nominal ev sahibləri sayılsalar da, darmadağınla üzləşiblər. Belə ki, Konstantin Ruvinskinin yetirmələri 32:21 hesabı ilə qalib gəlib. Bununla da sabahkı cavab oyunu ərəfəsində cütün taleyinə böyük ölçüdə aydınlıq gəlib.

Qeyd edək ki. sabah keçiriləcək cavab oyununda komandalar yenə ABU-Arenaya çıxacaq. Bu dəfə meydan sahibi qismində təmsilçimiz olacaq.


15 noyabr
“QAS Meqas Aleksandros” – ABU - 21:32
Hakimlər: Ruud Geraets, Pol Geraets (hər ikisi Hollandiya)