“Bakıdakı məğlubiyyəti unutmalı və işimizə davam etməliyik” - MÜSAHİBƏ
15.11.2013 - 11:12
“Bakıdakı məğlubiyyəti unutmalı və işimizə davam etməliyik” - MÜSAHİBƏ
Qadın voleybolçulardan ibarət Moskva “Dinamo”sunun baş məşqçisi Svetlana İliç klubunun saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Çempionlar Liqasında “İqtisadçı” ilə matçı xatırlayaraq, 2:3 hesablı məğlubiyyəti unutduqlarını deyib. O, həmçinin revanş arzusunda olduqlarını da açıqlayıb.

- Sizin fikrimizcə, yaranmış fasilədə müsbət, yoxsa mənfi məqam çoxdur?
- Bir tərəfdən, gərgin qrafikdən sonra oyun və səfərlərin olmadığı fərqli bir həyat tərzi yaşayırıq. Digər tərəfdən isə komandanı yeniləmək, köhnədən qalma problemləri həll etmək, voleybolçulara zədələrini sağaltmaq üçün vaxt əldə etmişik. Məsələn, belində problemləri olan Tatyana Koşelyeva, dizindəki ağrılara görə “Fakel”lə oyunu buraxmalı olan Natalya Obmoçayeva hazırda müalicə kursları keçirlər.

- Bəs məşq qrafikiniz necədir?
- Biz hazırda “Luç”la oyuna hazırlaşırıq. Amma zalımız gənclər millisinin sərəncamına verildiyi üçün Odintsovada məşq edirik.

- Hansısa yoxlama matçları planlaşdırmısızmı?
- Biz “Zareçye” və “Fakel”lə sınaq matçları planlaşdırırıq. Belə imkandan istifadə edəcəyik. Komanda oyun formasını itirməməlidir.

- Çempionlar Liqasında son məğlubiyyətdən sonra özünüzə necə gəldiz?
- İndi oynadığımız qrafikə əsasən uzun müddət məyusluq yaşaya bilmərik. Bunu tez unudub, növbəti matça müsbət əhval-ruhiyyə ilə hazırlaşmaq lazımdır. Biz çox səhvlər etdik. Növbəti qarşılaşmalarda bunlara yol verməməliyik. Qarşıda bizi çox vacib oyunlar gözləyir. O cümlədən, Bakı təmsilçisi “İqtisadçı” isə qisas oyunu. Geriyə dönmək istəmirik, lakin həmin oyunda matçın ritmi bir neçə dəfə qırıldı. İndi öz oyunumuzu təhlil edib, çatışmazlıqları aradan qaldırmalıyıq. Əlbəttə, mənim oyunçularım canlı insanlardır, onlar hər gün eyni səviyyədə oynaya bilməzlər. Lakin müəyyən konsentrasiyanı saxlamaq lazımdır.

- Məğlubiyyətdən sonra hansı emosiyalar vardı?
- Bəli, ola bilər ki, mən oyundan sonra özümü çox emosional apardım. Hakimlik birmənalı deyildi. Lakin biz də hakimlərə yox, öz oyunumuzun səviyyəsinə baxmalıyıq. İndi hər şeyi unutmalı və işimizi davam etdirməliyik.

- Komandanız üçün hazırda ən vacib olan nədir?
- İndi bizi yenə çox gərgin qrafik gözləyir. Belə vəziyyətdə bizim üçün hər oyun vacibdir. Rəqiblər də ciddidir. Həm “Omiçka”, həm Kazan “Dinamo”su, həm də Çempionlar Liqasında “Srvena Zvezda” ilə oyun.