“Hesab daha böyük ola bilərdi”
16.11.2013 - 01:16
“Hesab daha böyük ola bilərdi”
“Azərbaycanla oyunumuzu isveçli məşqçi Maqnus Persson izləyirdi? Ola bilsin ki, mənim yerimə o, baş məşqçi olacaq. Ancaq mən bilmədiyim şey haqqında danışa bilmərəm”. Apasport.az saytının məlumatına görə, bunu Estoniya milli komandasının baş məşqçisi Tarmo Rüütli deyib.

2008-ci ildən Estoniya yığmasında çalışan Rüütli millimizi məğlub etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Onun fikrincə, görüşdə daha çox top vurula bilərmiş: “İlk hissədə biz yaxşı təsir bağışladıq. Hamı əvvəldən razılaşdırdığımız kimi, oynadı. Baxmayaraq ki, hakimin qərarları bizim əleyhimizə idi, biz topa yiyələnən tərəf idik. Ancaq hissənin sonlarında axmaq səhv buraxdıq və hesab 0:1 oldu. Ancaq ikinci yarıya da biz eyni qaydada başladıq. Hesab daha böyük ola bilərdi. Deməzdim ki, cəmi 2 vəziyyətimiz oldu və onları da qola çevirdik. Görüşün son dəqiqələrində bir neçə qol imkanımız vardı. Onların da qol vurmaq şansları oldu. Bu baxımdan bərabər oyun getdi. Azərbaycan çox güclü rəqibdir”.

59 yaşlı çalışdırıcı debütant Artyom Artyuninin səhvindən sonra Rauf Əliyevin qol vurması haqda danışıb: “Debüt oyununda qələbə qazanmaqdan başqa nə arzulamaq olar. Onun səhvi vardı. Bunu şəxsən özünə deyəcəyəm. Ancaq o, ruhdan düşməsin. Belə yüksək səviyyəli oyunlarda müxtəlif cür səhvlər qaçılmazdır. Bunun üçün səhvlərdən nəticə çıxartmaq lazımdır. Qələbədən sonra da fikrimdə qalıram. Əgər müdafiədə 4 futbolçudan 3-ü yenidirsə, onda problem olmamalıdır. Mikk Reintam bu əksiklikləri düzəltməyi bacarmalıdır. Ancaq o, bunu edə bilmədi”.