ABU 1/8 finalda - YENILƏNİB
16.11.2013 - 18:20
ABU 1/8 finalda - YENILƏNİB
Bu gün qadın həndbolçular ibarət ABU klubu “Çelenc Cup”ın III mərhələsində cavab matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə qarşılaşıb.

ABU-Arenada baş tutan ilk qarşılaşmada 32:21 hesabı ilə qalib gələn Konstantin Ruvinskinin yetirmələri yenə eyni məkanda Ellada təmsilçisini sınağa çəkib. Cütün qalibinin adına böyük ölçüdə ilk matçda aydınlıq gətirən komandamız bu dəfə də rəqibindən üstün olub.

Qarşılaşmada 28:18 hesabı ilə qalib gələn ABU adını 1/8 finala yazdırıb. Təmsilçimizin bu mərhələdəki rəqibi püşklə müəyyənləşəcək.

16 noyabr
ABU - “QAS Meqas Aleksandros” - 28:18
Hakimlər: Ruud Geraets, Pol Geraets (hər ikisi Hollandiya)
İlk oyun – 32:21