Yunanların qənimi – FOTO
16.11.2013 - 11:19
Yunanların qənimi – FOTO
Bakının qadınlardan ibarət ABU həndbol klubunun “Çelenc Cup”ın III mərhələsinin ilk oyunundakı ən məhsuldar üzvü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Yunanıstanın “QAS Meqas Aleksandros” komandası ilə Bakıdakı görüşündə komandamızın 9 həndbolçusu qol sevinci yaşayıb.

32:21 hesabı ilə qalib gələn təmsilçimizin ən məhsuldar oyunçusu isə İnarə Yusibova olub. 22 yaşlı hücumçu yunanlara qənim kəsilib. Onun hesabında 11 qol var. Ellada təmsilçisinin heyətində isə Elen Anastasiu 9 qolla ən yaxşı bombardir olub.

ABU-nun qolları: İnarə Yusibova – 11, İranə Qasımova – 4, Marina Tankatskaya – 4, Marta Abbasoba – 3, Olqa Poqonina – 3, Yana Qornak – 2, Elnarə Rudenko – 2, Ülviyyə Şərifova – 2, Günel Əliyeva – 1.