Millimizin hücumçusu yenə üzüldü
16.11.2013 - 17:42
Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu “Omiçka” növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan Omsk təmsilçisi Kazan “Dinamo”su ilə 3-cü görüşünə çıxıb.
İlk oyunda 3:1 hesabı ilə qalib gələn, 2-ci matçda 0:3 hesabı ilə darmadağın olan “Omiçka” bu dəfə də uduzub. Kazan təmsilçisi rəqibini 5 setdə üstələyib - 3:2 (24:26, 23:25, 25:23, 25:23, 15:9).
Qeyd edək ki, Məmmədovanın komandası növbəti rəsmi matçını noyabrın 22-də Superliqada Moskva “Dinamo”suna qarşı keçirəcək.

0
0