Rəqibimizdən asan qələbə
18.11.2013 - 10:18
Rəqibimizdən asan qələbə
Qadın voleybolçular arasında Türkiyə çempionatında VII turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Çempionlar Liqasında “Azəryol”un rəqibi “Qalatasaray” “Çanakkale”nin qonağı olub.

İstanbul təmsilçisi görüşü asan qələbə ilə başa vurub – 3:0 (25:14, 25:12, 25:10). Bu matçdan sonra “Qalatasaray” 16 xalla yenə 4-cü pillədədir.

Qeyd edək ki, “Azəryol” ilk matçda “Qalatasaray”a 1:3 hesabı ilə uduzub.