Çempionatımızın mükafatçısı Yaponiyada bombardir oldu - FOTO
18.11.2013 - 11:45
Qadın voleybolçular arasında Yaponiyada keçirilən “Grand Champions Cup” başa çatıb. Apasport.az saytının məlumatına görə, qitə çempionlarının iştirakı ilə baş tutan yarışın qalibi adına Braziliya millisi layiq görülüb.
Onlar Azərbaycan Super Liqasında çıxış edən Lauren Gibbemeyer (“Lokomotiv”), Kayla Banvart və Kersti Ceksonun (hər ikisi “Rabitə”) da yer aldığı ABŞ yığmasını 5 xal qabaqlamaqla çempion olublar (15 xal). İlk “üçlüyü” 9 xalla Yaponiya qapayıb. Növbəti pillələrdə isə müvafiq olaraq, Rusiya, Tailand (hər ikisi 4 xal) və Dominikan Respublikası (3) qərarlaşıb.
Turnirin simvolik yığmasına da ölkə çempionatımızdan voleyolçular daxil olub. Bunlar “İqtisadçı”nın tailandlı oyunçuları Onuma Sittirak və Pleumjit Zinkaovdur.
Qeyd edək ki, Sittirak həm də “Grand Champions Cup”ın bombardiri adını qazanıb. Super Liqanın gümüş medalçısı 5 matçı 100 xal toplayıb.

0
0