“Gözələm, bu, o demək deyil ki, ürəyiyumşağam”
18.11.2013 - 15:10
ABU klubunun həndbolçusu İnarə Yusibovanın apasport.az saytına müsahibəsi
- “Çelenc Cup”ın III mərhələsində Yunanıstanın “QAS Meqas Aleksandros” klubu ilə qarşılaşdız. Bu oyunları necə şərh edərdiz?
- Düşünürəm ki, bu görüşlərdə yaxşı oynadıq. 32:21 hesabı ilə qalib gəldiyimiz ilk matçda işimiz daha asan oldu, qarşılaşma biz istədiyimiz kimi alındı. Həmin oyun üçün tapşırığımız müdafiədə oturmalı və lazım olanda irəli atılıb, hesabda fərq yaratmaq idi. Düzdür, 28:18 hesabı ilə qələbə qazandığımız ikinci görüşün əvvəlində tam toparlana bilmədik. Lakin sonradan özümüzə gəlib, oyunumuzu göstərdik.
- Mərhələ keçməyiniz elə də çətin olmadı. Demək mümkündürmü ki, rəqibi yaxşı analiz etmişdiz?
- Biz yunanlar haqda nəsə bilmirdik. Onların heyətində də kimlərin və necə oynadığı barədə məlumatlı deyildik. Amma biz hər 2 matçdan qələbə gözləyirdik.
- İlk matçda 11 top vurduğunuz halda, ikinci qarşılaşmada bu sevinci cəmi 4 dəfə yaşadız. Bu nə ilə bağlı idi?
- Özümü bir qədər pis hiss edirdim. Ona görə də nisbətən pis oynadım. Birinci matçdan sonra arxayınçılıq da yox idi, hər şey plan üzrə getdi.
- ABU-nun Yunanıstan təmsilçisindən üstün olduğunu və ya mərhələ keçəcəyinizə inam nə vaxt yarandı?
- Birinci oyunun ilk hissəsindən sonra başa düşdük ki, bu rəqibi mübarizədən kənarlaşdıra bilərik.
- Onda komanda oyun öncəsi tam hazırlıqlı idi?
- Əlbəttə, biz avrokuboka, o cümlədən bu matça ciddi hazırlaşmışıq.
- “QAS Meqas Aleksandros”la 2 görüşdə rəqibin qapısına ümumilikdə 15 dəfə yol tapdız. İlk matçda 11 dəfə fərqlənməklə, demək olar ki, matçın taleyini siz həll etdiz. Sizin kimi gözəl xanım rəqibə qarşı necə amansız olur?
- Həyatda bir, meydanda tam başqa cür oluram. Gözələm, amma bu, o demək deyil ki, rəqiblərə qarşı ürəyiyumşağam.
- Artıq 1/8 finalda çıxış edəcək rəqiblərin hamısı məlumdur. Hansı klub sizə daha münasibdir?
- Bizə ciddi fərqi yoxdur. Püşk ABU-ya kimi qismət edərsə, onunla da oynayacağıq.
- Azərbaycanda klub səviyyəsində hər hansısa turnir keçirilmir. Çempionatı olmayan ölkənin komandası üçün avrokubok çətin deyil?
- Bizə də çox çətindir. Oyun təcrübəmiz çatışmır. Mən istəyərdim ki, daha çox qarşılaşma keçirək və Azərbaycanda həndbol inkişaf etsin. Biz də həmişə birinci olaq.
- Belə olan halda legioner həyatı yaşamaq heç ürəyinizdən keçmir?
- Buna tam hazır olanda ölkə xaricində çıxış etmək barədə fikirləşəcəm.
- Komanda yoldaşlarınız sizə “motorçik” deyir. Bunun sirri nədir?
- Mənə meydanda çox sürətli qaçdığım üçün belə deyirlər. Buna normal yanaşıram.
- Son illər ölkə xaricində çıxış edən Marina Tankatskaya da artıq sıralarınıza dönüb. Onun Bakı təmsilçisinə dönməsi oyununuza nə dərəcədə təsir edib?
- Bəli, o, ölkə xaricində çıxış edirdi. İndi isə onun gəlişi ilə bizə oynamaq daha asan olub. Komanda da xeyli güclənib.
- ABU-nun yeni bombardiri çoxları üçün “sirli qutu”dur. Bəlkə bu idman növünə gəlişiniz barədə də danışasız.
- Kiçik yaşlarımda gimnastika və qılıncoynatma ilə məşğul olmuşam. Amma 10 yaşımda Nəsimi UGİM-ində həndbol bölməsinə yazıldım. Bu səviyyəyə çatmağımda ilk məşqçilərim Yelena Namaliyeva və Vladimir Korotkiyin rolu böyükdür. Mənə hər şeyi onlar öyrədim. Onları da bunun üçün çox sevirəm. ABU-ya gəlişim isə 3 əvvələ təsadüf edib.
- Karyeranızda bir neçə məşqçi ilə işləmisiz. İndiki baş məşqçiniz Konstantin Ruvinski əvvəlkilərdən nə ilə fərqlənir?
- Hər məşqçinin özünəməxsus üstünlükləri var. Onların hər birindən nəsə öyrənmək olar.
- Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə qatılmayacaq. Yığmamız fəaliyyətinin dayandırıb desək, yanılmarıq. Bu duruma münasibətiniz necədir?
- Əlbəttə, bunu heç cür qəbul edə bilmirəm. Amma eybi yox, yaxın zamanda hər şey qaydasına düşəcək.

0
0